İQTİSADİYYAT


“Azərişıq”: Yanvarda “ASAN xidmət” və “ASAN Kommunal” vasitəsilə 20 mindən çox müraciət daxil olub

Bakı, 8 fevral, AZƏRTAC

Yanvar ayında “Azərişıq” ASC-yə “ASAN xidmət” və “ASAN Kommunal” vasitəsilə 20 min 766 müraciət daxil olub.

ASC-dən AZƏRTAC-a bildirilib ki, ötən ay sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün “ASAN xidmət”, “ASAN Kommunal” və “KOB evləri” vasitəsilə “Azərişıq” ASC-yə 239 müraciət daxil olub. Ötən ay sahibkarların elektrik şəbəkəsinə qoşulmaqla bağlı müraciətlərinin sayının artması müşahidə olunub ki, bu da heç də səbəbsiz deyil. Belə ki, ötən il dekabrın 25-də Prezident İlham Əliyev tərəfindən “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Fərman imzalanıb. Həmin Fərmana əsasən, şəbəkəyə qoşulma müddəti 24 gündən 20 günə, prosedurlar isə 3-dən 2-yə endirilib.

Bununla yanaşı, yanvar ayı ərazində 3 min 280 vətəndaş evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün müraciət edib. Sənədlərdə uyğunsuzluq və bu kimi hallar istisna olmaqla həm sahibkarların, həm də vətəndaşların müraciətləri yerinə yetirilib.

Yanvarda, həmçinin “Azərişıq” ASC-nin “ASAN xidmət” və “ASAN Kommunal” vasitəsilə göstərdiyi xidmətlər sırasına əlavə iki xidmət artırılıb. “Çoxmənzilli binalarda yaşayış mənzillərinin qeydiyyata alınması” və “Elektrik təchizatının layihələndirilməsi və quraşdırılması” xidmətləri də əlavə olunmaqla “Azərişıq” ASC-nin “ASAN xidmət” və “ASAN Kommunal” vasitəsilə göstərdiyi xidmətlərin sayı 15-ə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.