İQTİSADİYYAT


“Azərişıq” gələn il texniki itkilərin həcmini 8,9 faizədək endirməyi planlaşdırır

Bakı, 27 noyabr, Pərvanə Rəhimova, AZƏRTAC

"Azərişıq" ASC 2020-ci ildə texniki itkilərin həcmini 8,9 faizə qədər endirməyi nəzərdə tutur.

AZƏRTAC xəbər verir ki, bu barədə noyabrın 27-də keçirilən mətbuat konfransında qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, bu il üzrə texniki itkilər 10 faizə yaxın səviyyədədir. Əgər texniki itkilərin dinamikasına nəzər salsaq görərik ki, itkilər 2015-ci ildə 13,8 faiz, 2016-cı ildə 10 faiz, 2017-ci ildə 9,9 faiz, ötən il 9,8 faiz, cari ildə isə 9,7 faiz olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.