İQTİSADİYYAT


“Azərpoçt” MMC “Azercell”in bürünc sertifikatlı rəsmi dileri statusu alıb

“Azərpoçt” MMC “Azercell”in bürünc sertifikatlı rəsmi dileri statusu alıb

Bakı, 27 yanvar, AZƏRTAC

“Azərpoçt” MMC və “Azercell Telecom” MMC arasında 2022-ci ildən başlayan əməkdaşlıq növbəti mərhələyə keçib. Məntəqələrində “Azercell” abunəçilərinə müştəri xidmətlərinin göstərilməsini təmin edən “Azərpoçt” bürünc sertifikatlı rəsmi diler statusu alıb.

AZƏRTAC xəbər verir ki, hazırda “Azərpoçt”un Bakı üzrə məntəqələrində təqdim olunan “Azercell” xidmətləri bu ildən etibarən ölkənin 60-dan çox şəhər və rayonunda da təşkil ediləcək.

Beş ay davam edən təlimlərdən sonra “Azərpoçt”un 100-dək əməkdaşına “Azercell”in bürünc sertifikatı təqdim edilib. Bu sertifikat əməliyyatçılara “Azercell”in keyfiyyət standartlarına uyğun xidmət göstərmək imkanı verir. Həmin əməkdaşlar müştərilər üçün “Azercell” nömrələrinin satışı, “ASAN İmza” xidmətinin və çoxçeşidli internet paketlərinin aktiv edilməsi, ləğv olunmuş nömrələrin bərpası və nömrə daşınması kimi əməliyyatları həyata keçirəcəklər.

Ölkənin yeganə milli poçt operatoru “Azərpoçt” MMC-nin “Azercell Telekom” MMC ilə əməkdaşlığı hər iki quruma müştərilərinə daha rahat və keyfiyyətli xidmət göstərməyə imkan yaradacaq.

Xatırladaq ki, “Azərpoçt” MMC əhaliyə ənənəvi poçt xidmətləri, eyni zamanda, bank, sığorta kimi qeyri-ənənəvi xidmətlər, elektron ödənişlər, depozitlər və digər maliyyə xidmətləri, elektron hökumət və biznes xidmətləri təqdim edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.