İQTİSADİYYAT


“Azexport” beynəlxalq konfransda təqdim olunub

Bakı, 28 oktyabr, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin innovativ layihəsi olan “Azexport.az” internet portalı “Şərq-Qərb nəqliyyat dəhlizində logistika, idarəetmə və istismar problemləri” adlı beynəlxalq konfransda iştirakçılara təqdim olunub.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbirdə “Azexport.az” internet portalının rəhbəri Ayxan Qədəşov “Beynəlxalq təchizat zənciri üçün transsərhəd e-ticarət platforması” adlı təqdimatla çıxış edib.

O deyib ki, ixrac zamanı kağız sənəd dövriyyəsinin minimuma endirilməsi və əməliyyatların tam rəqəmsallaşması qarşıya qoyulan əsas hədəflərdəndir. Bu məqsədlə portal Beynəlxalq Ticarət Mərkəzi, Ümumdünya Ticarət Təşkilatı, Avropa Birliyi kimi qurumlar tərəfindən həyata keçirilən layihələrdə yaxından iştirak edir. Layihə çərçivəsində Azərbaycan və Almaniya arasında təchizatçı və istehlakçı ölkələrin poçt orqanlarının avtomatik məlumatlandırılmasına dair pilot layihə icra olunub.

Sonda tədbir iştirakçılarına Rəqəmsal Ticarət Qovşağının e-rezidentlik və m-rezidentlik imkanlarından istifadə etməklə sərhəd keçmədən Azərbaycanda hüquqi şəxsin təsis və idarə olunması imkanı barədə məlumat verilib.

Qeyd edək ki, “Şərq-Qərb nəqliyyat dəhlizində logistika, idarəetmə və istismar problemləri” tədbirində Türkiyə, Xorvatiya, Qazaxıstan, Fransa, Polşa, Amerika, Ukrayna, Rusiya kimi ölkələrdən 50-dən artıq şəxs onlayn və fiziki olaraq iştirak edib. Tədbir ərəfəsində gömrük, elektron ticarət və logistika sahəsində təcrübə mübadiləsi həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.