MƏDƏNİYYƏT
BAKIDA “RUSİYANI TANIDARAQ” ADLI SƏRGİ AÇILMIŞDIR
Sərgidə tamaşaçılara 90-dan artıq fotoşəkil təqdim olunur. Onların arasında Lev Melixovun ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr etdiyi “İnsanın xatirəsi” guşəsi daha çox maraqla qarşılanır. Guşədə dahi rəhbərimizin 6 fotoşəkli sənətsevərlərə təqdim olunmuşdur.
Mədəniyyət naziri Polad Bülbüloğlu və Rusiyanın mədəniyyət və kütləvi kommunikasiyalar naziri Aleksandr Sokolov açılış mərasimində çıxış edərək ölkələrimiz arasında mədəni əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsində belə tədbirlərin əhəmiyyətindən danışmışlar. Onlar qarşılıqlı mədəniyyət günlərinin gələcəkdə də davam etdiriləcəyini vurğulamışlar.
Sonra iştirakçılar sərgi ilə tanış olmuşlar.
Tədbirdə Rusiya Federasiyasının ölkəmizdəki səfiri Nikolay Ryabov iştirak etmişdir.
Sərgi iyunun 17-dək davam edəcəkdir.