İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə, bağlanmış əqdlərin həcmi 100 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4917 manata bərabər olmuşdur. Təklif 75 min dollar və tələb 100 min dollar olduğu halda, manatın məzənnəsi 1 bənd düşmüş və 1 dollar üçün 4918 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemindəki (BEST) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 dollar üçün 4916,33 manat həddində idi. BEST-də USDAZM T+0 aləti üzrə 3 milyon 594 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 17,669 milyarddır. Bir əqdə, orta hesabla, 599 dollar düşmüşdür.
Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd
bağlamamışlar.
BEST-də banklar AVR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 26,356 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Mayın 10-da Bakı birjasında banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.