MƏDƏNİYYƏT


BAKI KAMERA TEATRINDA PREMYERA OLACAQDIR

Bakı Kamera Teatrında Belçika dramaturqu Mişel de Gelderodun “Eskorial” əsərinin səhnələşdirilməsi üzərində yaradıcılıq işləri başa çatmışdır.

Teatrın truppa müdiri, əməkdar artist Gülər Nəbiyeva AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, yeni səhnə əsərinin quruluşçu rejissoru xalq artisti İrina Perlovadır. Eyni zamanda, tamaşanın səhnə və musiqi tərtibatı da quruluşçu rejissora məxsusdur.

Baş rollarda əməkdar artistlər Nofəl Vəliyev, Şövqi Hüseynov və başqa aktyorlar çıxış edəcəklər.

Tamaşanın premyerası yanvarın 24-də olacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.