İQTİSADİYYAT
“BAKI KONDİSİONERİ” ASC-NİN KOLLEKTİVİ QƏRB ÖLKƏLƏRİNİN ŞİRKƏTLƏRİNİ ƏMƏKDAŞLIĞA CAĞIRMIŞDIR
Çin Xalq Respublikasının bəzi şirkətləri də müəssisəyə maraq göstərməyə başlamışlar. Aprelin 5-də bu ölkənin Bakıdakı səfirliyinin attaşesi səhmdar cəmiyyətində olmuşdur. Aprelin 9-10-da isə Çin mütəxəssisləri buraya gələcəklər.
Səhmdar cəmiyyətinin kollektivi Qərbin kondisioner istehsal edən 30 ölkəsinin şirkətlərini əməkdaşlığa dəvət etmişdir.
Müəssisədə indiyədək istehsal olunmuş müxtəlif modifikasiyalı kondisionerlərin ehtiyat hissələri Kuba, Özbəkistan və Rusiyadan alınmış sifarişlər əsasında istehsal edilir, həmin ölkələrə göndərilir.
Eyni zamanda, İsraildən alınmış kondisioner hissələrinin burada yığılması da təşkil olunmuşdur.
“Bakı kondisioneri” Açıq Səhmdar Cəmiyyəti öz istehsal gücünü getdikcə artırır. Onun sex və istehsal sahələrində müxtəlif texniki-təşkilati və texnoloji tədbirlər həyata keçirilir. “Bakı kondisioneri” Orta Asiya respublikalarındakı ənənəvi bazarda öz mövqeyini möhkəmləndirməyə çalışır.