İQTİSADİYYAT
BƏZİ ŞƏRAB İSTEHSALÇILARI ATTESTASİYADANKEÇMƏYƏ TƏLƏSMİRLƏR
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2002-ci il tarixli qərarına əsasən, spirtli içkilər istehsal edən müəssisələr müəyyən olunmuş müddətdə attestasiyadan, onların məhsulları isə dequstasiyadan keçməlidir.
Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik, Tərəvəzçilik, Üzümçülük və Çayçılıq Sahələrinin Əlaqələndirilməsi İdarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu il “Bakı-1”, “Bakı-2”, “Bakı-Şampan”, “Gəncə-2” şərab zavodları və “Xəyal” firması bu proseduralardan keçmiş və müvafiq şəhadətnamə almışlar. Lakin digər istehsalçılar attestasiyadan keçməyə tələsmirlər.
İdarədən onu da bildirmişlər ki, attestasiyadan keçməyən müəssisələrin fəaliyyəti qeyri-qanuni, dequstasiyadan keçməyən məhsullar isə saxta sayılır.