ELM VƏ TƏHSİL


BDU-nun “SABAH Magistratura” tələbələri Elektron Hökumətin İnkişafı Mərkəzi barədə məlumatlandırılıb

Bakı, 26 may, AZƏRTAC

Təhsil İnstitutunun təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin (BDU) “SABAH Magistratura” proqramının kompüter elmləri və texnologiyaları ixtisaslaşması üzrə təhsil alan bir qrup tələbəsi Elektron Hökumətin İnkişafı Mərkəzində (EHİM) olub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tələbələr mərkəzdəki çevik iş mühiti ilə tanış olublar. Bundan əlavə, iştirakçılara mərkəzin struktur bölmələri və görülən işlər haqqında məlumat verilib.

Daha sonra tələbələr üçün EHİM-in əməkdaşları tərəfindən mərkəzin yaranma tarixi, missiya və vizyonu, dövlət-vətəndaş, dövlət-biznes və dövlət-dövlət istiqamətlərində təqdim etdiyi elektron xidmətlər haqqında təqdimat keçirilib.

Qeyd edək ki, Təhsil İnstitutu BDU, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Texniki Universitetində həyata keçirilən “SABAH Magistratura” proqramının məzmununun hazırlanmasını və tələbələrin dərsdənkənar fəaliyyətlərini təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.