RƏSMİ XRONİKA
BOLQARISTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB GEORGİ PIRVANOVA
Hörmətli cənab Prezident,
Bolqarıstan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Biz Azərbaycan ilə Bolqarıstan arasındakı tarixi ənənələrə malik dostluq və əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət veririk. Ümidvar olduğumu bildirirəm ki, istər ikitərəfli qaydada, istərsə də regional və beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın inkişafı üçün bundan sonra da ardıcıl şəkildə səylər göstərəcəyik.
Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Bolqarıstan xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azəbaycan Respublikasının Prezidenti
Bakı, 30 oktyabr 2006-cı il.