İQTİSADİYYAT


BP özü və tərəfdaşları ilə birgə cari ildə Azərbaycandakı layihələrə 614 min dollar sərf edib

Bakı, 29 aprel, AZƏRTAC

BP bu ilin ilk rübündə Azərbaycanda sponsorluq layihələrinə 284 min ABŞ dolları vəsait xərcləyib.

“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, üç ayda BP və onun əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşları isə Azərbaycanda sosial investisiya layihələrinə 330 min dollar vəsait sərf edib. Beləliklə də, BP həm özü, həm də tərəfdaşları ilə birgə yanvar-mart aylarında Azərbaycandakı layihələrə 614 min dollar vəsait sərf edib.

Qeyd edək ki, BP və tərəfdaşları bu vaxtadək Azərbaycanda sosial inkişaf proqramlarına 90 milyon dollardan çox sərmayə yatırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.