MƏDƏNİYYƏT


“Baby Shark” uşaq mahnısına çəkilmiş klip Youtube şəbəkəsində 10 milyard baxış toplamış ilk videoçarxdır

Bakı, 13 yanvar, AZƏRTAC

Cənubi Koreya uşaqlarının xoşladığı “Baby Shark” (“Balaca köpəkbalıqlarının rəqsi” ) adlı mahnıya çəkilmiş klip Youtube şəbəkəsində 10 milyard baxış toplamış ilk videoçarx olub.

AZƏRTAC “NTV” telekanalının saytına istinadla xəbər verir ki, animasiya elementləri olan bu videoçarxda balaca oğlan və qız rəqs edə-edə mahnı oxuyur. Bu klipdə digər dəniz canlıları ilə birlikdə yosunlar və mərcanlar arasında yaşayan balaca köpəkbalığının və onun ailəsinin həyatından bəhs edilir.

Videoçarx Cənubi Koreyanın “Pinkfond” şirkətində istehsal edilib. Şirkətin verdiyi məlumata görə, bu klipə dünyada baxış sayı planetmizin əhalisinin sayından çoxdur. Klipin müəlliflərin fikrincə, Yer kürəsinin bütün sakinləri azı bir dəfə “Balaca köpəkbalıqlarının rəqsi” videoçarxına baxıblar.

2016-cı ilin yayında meydana gəlmiş “Baby Shark” kompozisiyası öz melodiyasının yaddaqalan olması sayəsində qısa müddətdə inanılmaz dərəcədə populyarlıq qazanıb, dünya musiqi çartlarına düşüb, hətta Youtube-da ən çox baxılan videoçarx kimi “Ginnesin rekordlar kitabı”na daxil edilib. 2020-ci ilin noyabr ayında bu klipə baxış sayı 7 milyarda çatmışdı.

Cənubi Koreya öz musiqi hitləri ilə Youtube-da rekordlar qırır. 2019-cu ilin qışında reper PSY-nin “Gangnam Style” klipi ən populyar kliplərin ilk onluğuna daxil idi. Seulun varlılar yaşayan şəhərətrafı zonasının məsxərəyə qoyulduğu bu kompozisiya iki ildən az müddətdə 2 milyard baxış toplayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.