REGİONLAR
Badminton üzrə zona birinciliyində 120 idmançı mübarizəyə qoşulub VİDEO
Xaçmaz, 31 may, Elxan Yusifli, AZƏRTAC
Mayın 31-də Xaçmaz Olimpiya İdman Kompleksində yeniyetmə oğlan və qızlar arasında badminton üzrə zona birinciliyinə start verilib.
AZƏRTAC xəbər verir ki, qalib adı uğrunda Bakı, Sumqayıt, Xaçmaz, Quba, Qusar, Şabran, Xızı, Siyəzən, Şirvan, Lənkəran və Laçını təmsil edən komandalar mübarizə aparır. Birinciliyə, ümumilikdə, 120 yeniyetmə idmançı qatılıb.
Xaçmaz və Şəmkirdə keçirilən zona yarışlarında yer tutan komandalar finalda yarışacaq.
Yeniyetmələrin XI Respublika Oyunlarının proqramına daxil olan badminton üzrə yarışların final mərhələsi sentyabr ayında Tovuzda keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [13:05]
Naxçıvanda iki gənc göldə boğulub
- 09.05.2024 [23:02]
Neftçalada yol qəzası olub, xəsarət alanlar var
- 09.05.2024 [20:44]
Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib
- 09.05.2024 [19:21]