İQTİSADİYYAT
“Bakcell” növbəti dəfə “Socially Devoted” sertifikatına layiq görülüb
Bakı, 23 yanvar, AZƏRTAC
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti 2017-ci ilin son rübü üzrə “Socially Devoted” sertifikatına layiq görülüb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, xüsusi analitik platforma vasitəsilə dünya üzrə məşhur şirkətlərin sosial şəbəkələrdəki fəaliyyətinin monitorinqi ilə məşğul olan tanınmış “Socialbakers” şirkəti Azərbaycanda fəaliyyət göstərən şirkətlərin “facebook” şəbəkəsində 2017-ci il oktyabrın 1-dən dekabrın 31-dək olan fəaliyyətlərini nəzərdən keçirib. Həmin monitorinqin nəticələrinə əsasən, “Bakcell” şirkəti özünün rəsmi “facebook” səhifəsinə daxil olmuş müraciətlərin 100 faizini cavablandırıb. Səhifə ötən il dörd dəfə abunəçi sorğularının cavablandırılması üzrə “Socially Devoted” sertifikatına layiq görülüb. “Bakcell”in “facebook” səhifəsinin 400 mindən artıq istifadəçisinin olması bu nailiyyəti daha da vacib və təqdirəlayiq edir.
Sosial media vasitələri məhsul və xidmətlər haqqında məlumatların geniş abunəçi bazasına daha effektiv şəkildə çatdırılması və müştərilərin suallarının cavablandırılması baxımından “Bakcell”in vacib kommunikasiya vasitələrindən biridir. Şirkətin bir çox sosial şəbəkədə rəsmi səhifəsi fəaliyyət göstərir.
Yüksəkkeyfiyyətli xidmətin göstərilməsi və müştəri məmnuniyyəti “Bakcell” şirkətinin ümumi fəaliyyətinin prioritet istiqamətlərindəndir. Şirkətin müştəri məmnuniyyəti strategiyası dünyanın aparıcı şirkətləri və əhalinin bütün təbəqələrinin tələb və ehtiyaclarının nəzərə alınması ilə yanaşı, yerli bazarın tələblərinə əsaslanır.
“Bakcell” abunəçiləri şirkətin həftənin 7 günü 24 saat ərzində abunəçilərə yüksəkkeyfiyyətli xidmət göstərən “555” Məlumat Mərkəzinə və ya sorğuların 100 faiz cavablandırılmasını təmin edən “facebook” səhifəsinə müraciət edə bilərlər.