ELM VƏ TƏHSİL


Bakı Şəhəri üzrə Təhsil İdarəsində struktur bölmələrin yarımillik hesabatları dinlənilib

Bakı, 12 iyul, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) struktur bölmələrin 2021-ci ilin birinci yarısında görülmüş işlərə dair hesabatları dinlənilib.

Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, hesabat iclasında ayrı-ayrı sahələr üzrə yarım il ərzində görülmüş işlər, müəyyənləşdirilmiş fəaliyyətə uyğun olaraq həyata keçirilmiş tədbirlər və əldə olunmuş nəticələr haqqında məruzələr təqdim olunub.

Hesabat verən struktur bölmə rəhbərləri tədrisin təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi, layihələr, kargüzarlıq, təchizat, ictimaiyyətlə əlaqələr, təlimə dəstək və digər mövzular barədə həyata keçirilən işlərə dair məruzələrlə çıxış ediblər.

Görüşdə növbəti yarımildə həyata keçiriləcək tədbirlərdən, həmçinin qarşıda duran vəzifələrin icrası istiqamətində görüləcək işlərdən danışılıb.

Müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, şagird nailiyyətlərinin davamlı izlənilməsi, mövcud vəziyyətlə əlaqədar nəzərdə tutulan tədbirlər, məsafədən öyrətmə və öyrənmənin təbliği, şagirdlərin qiymətləndirilməsi, müəllim-şagird-valideyn münasibətlərinin tənzimlənməsi və digər bu kimi məsələlər ətrafında müzakirələr aparılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva səmərəli fəaliyyət nəticəsində qazanılmış uğurların davam etdirilməsinin zəruriliyini nəzərə çatdırıb.

İdarə müdiri növbəti yarımilin yeni imkanlar və uğurların davamı ilə əlamətdar olacağına əminliyini ifadə edib. M.Vəliyeva ayrı-ayrı istiqamətlər üzrə nəzərdə tutulan perspektiv məsələlər və qarşıda duran vəzifələr haqqında fikirlərini bildirib, müvafiq tapşırıq və tövsiyələrini verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.