ORDU
Bakı və Sumqayıtda macar hərbi əsirlərin dəfn edildiyi məzarlıqlar ziyarət olunub







Bakı, 7 iyun, AZƏRTAC
Ölkəmizdə rəsmi səfərdə olan Macarıstanın müdafiə naziri Kristof Szalay-Bobrovnicskinin rəhbərlik etdiyi nümayəndə heyəti “N” saylı hərbi hissəni ziyarət edib.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, əvvəlcə nümayəndə heyəti Bakı və Sumqayıt şəhərlərində içərisində macar əsgərlərinin də olduğu hərbi əsirlərin dəfn edildiyi məzarlıqları ziyarət edərək abidələrin önünə əklillər qoyub, xatirələrini anıb.
Macarıstanlı nümayəndə heyəti rayon icra hakimiyyətlərinin əməkdaşlarına məzarlıqlara göstərilən diqqətə görə minnətdarlıqlarını bildirib.
Sonra “N” saylı hərbi hissəsinə gələn nümayəndə heyətinə hərbi hissənin döyüş yolu və şəxsi heyətin hazırlıq prosesi haqqında ətraflı brifinq təqdim edilib.
Burada hərbi qulluqçular üçün yaradılan şərait, silah və döyüş texnikası ilə tanışlıq olunub, hərbi hissənin təlim mərkəzində nümunəvi çıxışlar izlənilib.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.