Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda IX Beynəlxalq “Caspian Energy Forum–2019” keçirilib YENİLƏNİB VİDEO

Bakı, 19 sentyabr, AZƏRTAC 

Sentyabrın 19-da Bakıda IX Beynəlxalq “Caspian Energy Forum–2019” keçirilib.

AZƏRTAC xəbər verir ki, “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev forumun “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illik yubileyinə və “Caspian Energy” jurnalının 20 illiyinə həsr olunduğunu deyib. “Caspian European Club” barədə məlumat verən T.Əliyev bildirib ki, klub 50 ölkədən 5000-dən çox şirkətlə əməkdaşlıq edir. O əlavə edib ki, klub 5 istiqamət üzrə fəaliyyət göstərir, bunlardan ən əsası şirkətlərin problemlərini araşdırıb, həlli ilə bağlı addımlar atmaqdır.

Sonra Çex Respublikasının Prezidenti Miloş Zemanın, Moldova Prezidenti İqor Dodonun və Gürcüstan Prezidenti Salome Zurabişvilinin IX Beynəlxalq “Caspian Energy Forum Baku–2019”un iştirakçılarına ünvanladığı müraciətləri dinlənilib.

Üç sessiyadan ibarət olan forumun birinci sessiyası Azərbaycanda neft-qaz sektorunun və sənayenin inkişafına, infrastruktur layihələrinin həyata keçirilməsi mövzusuna həsr edilib. Sessiyada çıxış edən Xarici İşlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov bildirib ki, Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya Azərbaycan və Rusiya arasındakı ikitərəfli münasibətlərin töhfəsidir. Azərbaycan Xəzəryanı ölkələrin hər biri ilə siyasi və iqtisadi sahədə sıx əməkdaşlıq edir. Bu da Xəzərdə qarşılıqlı təhlükəsizliyin, etimadın təmini üçün mühüm amildir.

X.Xələfov qeyd edib ki, Xəzərin hüquqi statusu haqqında Konvensiya 3 istiqaməti əhatə edir: “Birincisi regionda əməkdaşlığın daha da möhkəmlənməsidir. Bu, Xəzəryanı ölkələr arasında siyasi dialoqun, beynəlxalq münasibətlərin inkişafına təkan deməkdir. İkinci istiqamət iqtisadi, üçüncü istiqamət isə ekoloji əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Xəzərin ekoloji hüququnun formalaşması burada həyata keçirilən bütün layihələrin beynəlxalq ekologiya standartlarına cavab verməsinə səbəb olacaq. Xəzər yalnız ətrafındakı ölkələri yox, həmçinin Avropa və Asiyanı birləşdirir”.

Energetika nazirinin müavini Elnur Sultanov Azərbaycanda energetika bazarının liberallaşması ilə bağlı təkliflər hazırlandığını deyib: “Bu təkliflər istehsal və təchizat sahələrində effektivliyin yaranmasına təsir edəcək. Təchizat sahəsində rəqabətliliyin olması xidmət keyfiyyətinin artmasına gətirib çıxarır. İstehsalatda isə maya dəyərinin azalması və yanacağın daha az istifadəsi hesabına xərclərin minimallaşmasına səbəb olur”.

O qeyd edib ki, Azərbaycanda elektrik enerjisinin əsas istehsal yanacağı təbii qazdır. Bu sahədə qərb ölkələrindən irəlidəyik. Azərbaycanda daş kömürdən istifadə olunmur. Bərpaolunan enerji mənbələrindən sonra təbii qaz ən təmiz enerji mənbəyidir: “Təbii qaz dünya bazarında yüksək qiymətə malikdir. Ancaq Azərbaycan daxilində energetika sektoruna verilən qaz sosial mənada subsidiyayönümlü qiymətdədir. Təbii qazın ixracından Azərbaycan xalqı və dövləti əlavə gəlir əldə edəcək. Bununla bağlı əhəmiyyətli addımlar atılır”.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev forumun əhəmiyyətini vurğulayıb, ölkədə ekoloji sahə üzrə görülən işlərdən danışıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri Rüfət Mahmud isə deyib ki, Bakı şəhərinin Baş planının hazırlanması işləri 2020-ci ilin sonlarınadək yekunlaşacaq: “Komitə tərəfindən respublikanın 51 şəhərinin Baş planı hazırlanıb. Bunlardan 42-si artıq təsdiqlənib. Doqquz şəhərin Baş planının yaxın illərdə təsdiqlənməsi gözlənilir”.

Forumun ikinci sessiyasında “Elektron növbə” sistemi barədə məlumat verən Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini İsmayıl Hüseynov bildirib ki, tezliklə sistem istifadəyə veriləcək və bu sistemin tətbiqi ilə bağlı layihə icradadır: “Elektron növbə”nin yaradılması gömrük sərhəd məntəqələrində sürətli keçidin təmin edilməsi, ticarət təchizatı zəncirinin daha əlverişli olması üçün əhəmiyyətlidir. Yaxın zamanlarda xarici iqtisadi fəaliyyət iştirakçıları idxal-ixrac əməliyyatları zamanı yüklərin daha sürətli keçidinə nail olacaq”.

Azərbaycanın Gürcüstan gömrüyü ilə blokçeyn texnologiyasının tətbiqinə başladığını deyən DGK sədrinin birinci müavini qeyd edib ki, bu texnologiyanın tətbiqi sayəsində Gürcüstanla informasiya və sənəd mübadiləsi aparılır, uğurlu nəticələr əldə olunur. Blokçeyn ticarətin asanlaşdırılması, sürətli keçidin təmin olunmasında mühüm amildir.

“Hazırda 450 xarici iqtisadi fəaliyyət iştirakçısı “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə edib. “Yaşıl dəhliz”dən daimi istifadə hüququnu əldə etmək üçün 600-dən çox müraciət daxil olub. Bu dəhlizin iştirakçılarının cari ilin 8 ayında idxalda ümumi payı 22,45 faiz, ixracda isə 30 faizə yaxın olub”, - deyə İ.Hüseynov bildirib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov mikro, kiçik və orta sahibkarlığın inkişafı üçün maliyyə mənbələrinə əlçatanlıq və bu çıxışın asanlaşdırılması, eləcə də investisiya fəaliyyətinin təşviq olunması məqsədilə həyata keçirilən tədbir və layihələri diqqətə çatdırıb. Qeyd edib ki, hazırkı mərhələdə KOB-ların investisiya təşəbbüsləri ətraflı təhlil olunur, onların reallaşdırılması üçün dövlətin dəstək mexanizmləri təşviq edilir. Belə ki, fəaliyyət profillərinə uyğun olaraq, KOB-ların layihələri üzrə “İnvestisiya təşviqi sənədi”nin verdiyi vergi güzəştləri və imtiyazlar haqqında aktiv maarifləndirmə tədbirləri həyata keçirilir. Bundan başqa, bu layihələrə xarici investisiyaların cəlb edilməsi məqsədilə müxtəlif tərəfdaş partnyorlarla danışıqlar aparılır. Artıq uğurlu nəticələr də var və bir neçə yerli şirkət bu imkanlardan bəhrələnib.

Yeni investisiya təşviq mexanizmlərinin tətbiqi istiqamətində də işlərin davam etdiyini və yaxın dövr ərzində KOB-ların bu imkanlardan geniş istifadə edəcəyini vurğulayan O.Məmmədov bildirib ki, Agentliyin təşəbbüsü ilə Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdə KOB-lar və strataplar üçün yeni imtiyaz və güzəştlər nəzərdə tutulub, o cümlədən KOB klaster şirkəti anlayışı və müvafiq stimullaşdırıcı tədbirlər məcəlləyə daxil edilib. Bir müddət əvvəl isə KOB klaster şirkətinin və KOB klaster iştirakçılarının meyarları təsdiq olunub. Bu mexanizmin tətbiqi ilə müvafiq fəaliyyət istiqamətləri üzrə yaradılacaq KOB klaster şirkətləri 7 il müddətinə vergisiz fəaliyyət göstərəcək və ciddi imtiyazlardan istifadə edə biləcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov təmsil etdiyi qurumun gördüyü işlərdən və planlarından danışıb. Qeyd edib ki, bu ilin sonunadək regionlarda 5 yeni “ASAN xidmət” mərkəzinin açılması planlaşdırılır. Növbəti ildə isə Bakıda 2 yeni mərkəz açılacaq. Ümumilikdə “ASAN xidmət” mərkəzlərinin sayı 22-yə çatacaq. Hazırda isə ölkədə 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir, Onlardan 5-i Bakıda, digərləri isə regionlarda yerləşir. Bundan başqa, 2 “ASAN Kommunal” mərkəzi, bir “ASAN qatar” və 10 səyyar avtobus fəaliyyət göstərir. “ASAN xidmət” mərkəzləri ölkənin 75,5 faizini əhatə edir.

“İndiyədək “ASAN xidmət” mərkəzlərinin xidmətlərindən 6,5 milyon nəfər yararlanıb. Gündəlik 2 min yeni vətəndaş mərkəzin xidmətlərindən ilk dəfə istifadə edir. Mərkəzə hər gün orta hesabla müraciət edənlərin sayı isə 27 min nəfərdir”, - deyə C.Salmanov vurğulayıb.

O deyib ki, indiyədək 20 min 244 ASAN Könüllüsü qeydiyyatdan keçib. Bu müddətdə 550-dən çox layihə həyata keçirilib, 1278 ASAN Könüllüsü işlə təmin olunub: “Bu vaxtadək vətəndaşlara “ASAN Viza” vasitəsilə 1 milyon 600 mindən çox viza verilib. 2017-ci ildə bu göstərici 260 min idi”.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrini icra edən Yusif Abdullayev qeyd edib ki, xarici investorlara kömək məqsədilə “Invester in Azerbaijan” layihəsi hazırlanıb: “Layihə Azərbaycana investisiya yatırmağı planlaşdıran xarici investorlara kömək, həmçinin onlarla çalışacaq yerli şirkətlər üçün biznes planların hazırlanmasında yardım göstərilməsini nəzərdə tutur. Hazırda layihəni təsdiq üçün müvafiq strukturlara təqdim etmişik”.

Üçüncü sessiyada İKT layihələrinin uğurla həyata keçirilməsi, aqrosənaye kompleksinin inkişafı və Azərbaycanın turizm potensialı barədə məlumat verilib.

Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rəşad Mafusov agentliyin fəaliyyəti və ölkəmizdə ərzaq təhlükəsizliyinin təminatı sahəsində atılan addımlardan danışıb. Bildirib ki, Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülür.

O diqqətə çatdırıb ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mütəmadi olaraq sahibkarlarla görüş keçirilir, bu sahədə fəaliyyət göstərən subyektlər üçün lazım olan bütün köməkliklər, maarifləndirmə və tövsiyə xarakterli yardımlar verilir.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirib ki, hazırda dövlət kənd təsərrüfatı məhsulları istehsal vasitələri ilə təminatının yaxşılaşdırılması üçün müvafiq dəstək verir. Bunun nəticəsində artıq kənd təsərrüfatı məhsullarının istehsalında yüksək artım dinamikası müşahidə olunur.

F.Fikrətzadə vurğulayıb ki, ölkəmizdə kənd təsərrüfatı sahəsində aparılan islahatların məqsədi bu sahənin inkişafının sürətlənməsi, ölkənin ərzaq məhsulları ilə təminatının daha da yaxşılaşdırılmasıdır: “Bununla yanaşı, fermerlərin rifahının yaxşılaşması, onların gəlir əldə etmələri, biznes imkanlarının genişlənməsi də aqrar islahatların əsas məqsədlərindəndir”.

Forumda ölkə iqtisadiyyatının inkişafına xüsusi töhfə vermiş şirkətlərə “Beynəlxalq Caspian Energy Award” mükafatı təqdim edilib. Həmçinin tədbir çərçivəsində “Caspian European Club” ilə AZPROMO arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru T.Əliyev və AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Y.Abdullayev imzalayıblar.

Forumda 50 ölkədən nümayəndə iştirak edib. Onların arasında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, nazirliklərin, dövlət komitələrinin, dövlət agentliklərinin, dövlət xidmətlərinin, həmçinin dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərləri, eyni zamanda, Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri olub.

Bakıda IX Beynəlxalq “Caspian Energy Forum–2019” keçirilib YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB VİDEO