MƏDƏNİYYƏT


Bakıda İran mədəniyyəti günləri keçiriləcək

Bakı, 21 iyun, AZƏRTAC

İyunun 27-dən iyulun 1-dək ölkəmizdə İran mədəniyyəti günləri keçiriləcək.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, mədəniyyət günləri çərçivəsində İranın incəsənət ustalarının iştirakı ilə konsertlərin, sərgilərin təşkili, film və teatr tamaşalarının nümayişi nəzərdə tutulur. Mədəniyyət günləri iki ölkə arasında mədəni əməkdaşlığın inkişafına, incəsənət ustalarının və digər sənət adamlarının bir-birini daha yaxından tanımasına, sıx ünsiyyət qurmasına, İranın mədəni nailiyyətlərinin Azərbaycan sənətsevərlərinə təqdim edilməsinə, habelə təcrübə mübadiləsinin genişlənməsinə rəvac verəcək.

Mədəniyyət günləri çərçivəsində İran İslam Respublikasının mədəniyyət və islam irşad naziri Seyid Abbas Salehinin başçılığı altında tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət geniş tərkibli nümayəndə heyəti ölkəmizə səfər edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.