MƏDƏNİYYƏT


Bakıda “Normandiya-Neman” adlı onlayn sərgi açılıb

Bakı, 11 sentyabr, AZƏRTAC

Bakıda fəaliyyət göstərən Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi (RİMM) 1941-1945-ci illər Böyük Vətən Müharibəsi Mərkəzi Muzeyi tərəfindən hazırlanmış “Normandiya-Neman” adlı onlayn sərgini təqdim edir.

AZƏRTAC bu barədə RİMM-in mətbuat xidmətinə istinadla xəbər verir.

“Normandiya-Neman” Böyük Vətən müharibəsi illərində ümumi düşmənə qarşı Qırmızı Ordu sıralarında vuruşan Fransız aviasiya birləşməsidir. 1942-ci il noyabrın 25-də SSRİ ərazisində fransız aviasiya eskadrilyasının yaradılması barədə SSRİ-Fransa sazişi imzalanıb. Bu, sonradan “Normandiya-Neman” alayına çevrilib.

Sərginin ekspozisiyası “Normandiya-Neman”ın döyüş yolundan, tərkibində vuruşan gənc fransız vətənpərvərlərinin parlaq talelərindən, sovet və fransız pilotlarının döyüş qardaşlığından bəhs edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.