MƏDƏNİYYƏT


Bakıda animasiya filmləri ilə bağlı beynəlxalq festival keçiriləcək

Bakı, 11 iyun, AZƏRTAC

Bakıda oktyabrın 19-dan 21-dək Animafilm I Beynəlxalq animasiya festivalı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, ilk mövzusu “Azərbaycan animasiyası” olan festivala “Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi”, “Ən yaxşı animasiyalı sosial çarx”, “Ən yaxşı animasiyalı reklam”, “Qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari” kateqoriyaları üzrə müsabiqəyə başlanılıb.

Festivalda iştirak etmək üçün 22 ölkədən 84 müraciət daxil olub. Nominasiyaları dəyərləndirmək üçün tanınmış animasiya rejissorlarından, sənətşünaslardan ibarət iki beynəlxalq münsiflər heyəti yaradılıb, eyni zamanda “Tamaşaçı rəğbəti” mükafatı da təsis edilib.

Festival iştirakçıları müsabiqədənkənar proqramda Azərbaycan animasiyası tarixindən bəhs edən “Azərbaycan animasiyası” kitabının təqdimatında, tematik nümayişlərdə iştirak edə, retrospektivlərdə ən gözəl sənət nümunələri ilə tanış ola biləcəklər.

Festivalın proqramına sərgilər, konsertlər, yaradıcılıq gecələri və animasiya kinosu ilə bağlı digər tədbirlər daxil ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.