MƏDƏNİYYƏT


Bakıda çağdaş türk yazıçılarının hekayələrindən ibarət kitab nəşr edilib

Bakı, 22 fevral, AZƏRTAC

“AYBkitab” layihəsi çərçivəsində Bakıda “Həyatın rəngləri” (Almanax) - çağdaş Türkiyə yazarlarının hekayələri işıq üzü görüb.

Kitab Azərbaycan Yazıçılar Birliyi (AYB) ilə Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin (İLESAM) əməkdaşlıq müqaviləsi əsasında çap olunub.

AYB-dən AZƏRTAC-a bildirilib ki, yeni nəşrdə 20 türk yazıçısının, o cümlədən Abdulla Akayın “Cinlərin rəqsi”, Zəhra Birsən Yamakın “Vətən sevgisi”, Zəhra Yücelin “Səs”, Zeynəb Sati Yaçının “Qəhvə fəsiləsi”, Osman Çeviksoyun “Günəbaxan” hekayələri yer alıb.

“AYBkitab” layihəsinin rəhbəri Xəyal Rza, almanaxı Azərbaycan dilinə uyğunlaşdıran Cavid Qədir, redaktoru Şahanə Müşfiqdir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.