MƏDƏNİYYƏT


Bakıda dünya ulduzlarının iştirakı ilə möhtəşəm festival keçiriləcək

Bakı, 28 iyul, AZƏRTAC

Sentyabrın 2-də ilk dəfə “Sea Breeze” istirahət mərkəzində ötən əsrin 80-ci illərinin dünya ulduzlarının iştirakı ilə “Open-air” festivalı çərçivəsində “Disco night” adlı möhtəşəm konsert keçiriləcək.

AZƏRTAC xəbər verir ki, açıq havada keçiriləcək konsertdə dünya ulduzları Thomas Anders, Joy, Secret Service, Pupo, Boney M, Arabesque kimi musiqi əfsanələri iştirak edəcəklər.

Qeyd edək ki, festivalda iştirak edən ifaçıların 50-dən çox yaşı var və keçmiş şöhrətin izi onların adlarını unutdurmayıb. Onların əfsanəvi musiqiləri hələ də dünya radiostansiyaları və bir çox musiqi festivallarında səsləndirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.