ELM VƏ TƏHSİL


Bakıdakı Rus Evi tərəfindən təşkil edilmiş müsabiqələrin qalibləri Yuqraya yola düşüblər

Bakı, 9 avqust, AZƏRTAC

Bakıdakı Rus Evi tərəfindən təşkil olunmuş, “Şuşa İli”nə həsr edilmiş XIV illik rus dili olimpiadasının və gənc qiraətçilərin “Canlı klassika” beynəlxalq müsabiqəsinin qalibləri “Salam, Rusiya!” proqramı üzrə Yuqraya yola düşüblər.

Rusiya İnformasiya Mədəniyyət Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, gənclər Rusiyada olacaqları bir həftə ərzində Xantı-Mansiysk, Surqut və Koqalım şəhərlərində olacaq, mədəni proqramlarda və ekskursiyalarda iştirak edəcəklər.

Xatırladaq ki, “Salam Rusiya!” proqramı “Rossodrudniçestvo” agentliyi tərəfindən 2014-cü ildən həyata keçirilir. Hər il yaxın və uzaq xarici ölkələrdən 14-19 yaşlı 700-dən çox həmvətən öz tarixi vətənlərinin müasir həyatı ilə tanış olmaq, onun çoxmillətli mədəniyyətini hiss etmək, rus dilində danışıq təcrübəsi qazanmaq və başqa ölkələrdə dostlar tapmaq üçün Rusiyaya gəlir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.