ELM VƏ TƏHSİL


Bakının azad olunmasının 100 illiyi ilə bağlı beynəlxalq elmi konfrans keçiriləcək

Bakı, 25 iyul, AZƏRTAC

Sentyabrın 13-dən 16-dək Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun və Türkiyənin Atatürk Araşdırma Mərkəzinin təşkilatçılığı ilə “Birinci Dünya müharibəsi dövründə Osmanlı dövləti - Azərbaycan əlaqələri və Qafqaz İslam Ordusu” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Tarix İnstitutundan AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” sərəncamlarına uyğun olaraq keçiriləcək konfrans Bakının daşnak-bolşevik işğalından azad olunmasının 100 illiyinə həsr edilib.

Konfransda Azərbaycan, Türkiyə və dünyanın digər ölkələrindən olan alimlərin 100-dək məruzəsinin dinlənilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Azərbaycan və türk hərbi qüvvələri 1918-ci ildə daşnak-bolşevik qoşunlarına qarşı birgə savaşıb. Görkəmli hərb xadimi Əliağa Şıxlinski Qafqaz İslam Ordusunun tərkibinə daxil olan Azərbaycan qoşun hissələri və könüllü dəstələrinin döyüş fəaliyyətini təşkil etmək üçün dəfələrlə cəbhə xəttinə gedib. O, şəhər ətrafındakı qərargahdan Nuru paşa ilə birlikdə döyüşlərin idarə olunmasında bilavasitə iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.