“Barselona” klubunun yeni formasını Lionel Messi təqdim edib
AzerTAg.az
07.09.2020 [18:37]
Bakı, 7 sentyabr, AZƏRTAC
İspaniyanın “Barselona” futbol klubu yeni formasını təqdim edib.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, bir müddətdir Kataloniya təmsilçisinin rəhbərliyi ilə arasında problem yaşanan komandanın kapitanı Lionel Messi də təqdimatda iştirak edib. O, üçüncü formanı təqdim edib.
Otuz üç yaşlı argentinalı hücumçu bir neçə gün əvvəl “Barselona”dan ayrılmaq istədiyini, ancaq klubunu məhkəməyə verməmək üçün fikrini dəyişdiyini açıqlayıb.
Qeyd edək ki, Messi ötən mövsüm Kataloniya təmsilçisinin heyətində keçirdiyi 44 matçda 31 qolun müəllifi olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri
19.01.2021 [11:49]
19.01.2021 [09:40]


MULTİMEDİA
19.01.2021 [11:26]
18.01.2021 [18:24]
18.01.2021
19.01.2021 [12:07]
19.01.2021 [11:20]
19.01.2021 [01:26]
19.01.2021 [11:45]
19.01.2021 [11:35]
19.01.2021 [11:33]
19.01.2021 [12:08]
19.01.2021 [12:07]
19.01.2021 [11:57]
19.01.2021 [11:54]
18.01.2021 [16:34]
15.01.2021 [15:35]
19.01.2021 [10:51]
18.01.2021 [18:32]
18.01.2021 [21:28]
18.01.2021 [14:00]
18.01.2021 [11:53]
19.01.2021 [11:55]
19.01.2021 [11:52]
19.01.2021 [11:41]
19.01.2021 [11:30]
Xəbərin mətnində orfoqrafik səhv var