CƏMİYYƏT


Baş Prokurorluğun təqdim etdiyi növbəti videoçarxda nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması halları barədə sual cavablandırılıb VİDEO

Bakı, 17 sentyabr, AZƏRTAC

Prokurorluq orqanları dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşyönümlü və onu məmnun edən tədbirləri daim diqqət mərkəzində saxlayır.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaş məmnunluğunun və aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət istiqamətləri ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması işi davam etdirilir.

Təqdim olunan növbəti videoçarxda Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru Aynur Əfəndiyeva prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı “Baş Prokurorluğun yeni yaradılmış Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin fəaliyyət istiqaməti nədən ibarətdir?”, “Nəqliyyat vasitələrin üzərinə həbs hansı qaydada qoyulur?” suallarını cavablandırıb.

Videoçarxı izləməklə həmin sualların cavablarını öyrənmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.