MƏDƏNİYYƏT


“Bayat elinin ziyalıları” filminin təqdimatı olub

Bakı, 15 avqust, AZƏRTAC

Oğuz mənşəli qəbilələrin yaşadığı Bayat eli qədim yaşayış məskənlərindəndir. Qarabağın qədim elatlarından olan Bayat elindən çıxan bir sıra görkəmli ziyalılar xalqımızın formalaşmasında xüsusi rol oynayıblar. XVIII əsrdə Bayat qalasını Qarabağ xanı Pənahəli xan burada tikdirib. Azərbaycanın milli-mədəni xəzinəsinə layiqli töhfələr verən bu elin nümayəndələrini saymaqla qurtarmaz: Məhəmməd Füzuli, Qarabağ xanı Pənahəli xan, məşhur sərkərdə Səməd bəy Mehmandarov, görkəmli mədəniyyət xadimləri Məcid Behbudov, Sahibə Əhmədova, Ləhcəli Rasim, Sahibə Əhmədova, Qəzənfər Abbasov, Aqil Abbas...

AZƏRTAC xəbər verir ki, avqustun 15-də Beynəlxalq Mətbuat Mərkəzində nümayiş olunan “Bayat elinin ziyalıları” filminin təqdimatında məhz bu barədə danışılıb.

Tədbiri şəhid ailələrinə “Qayğı” İctimai Birliyinin sədri Müşfiq Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə çəkilən filmlə əlaqədar məlumat verib, bu sahədə onlara yardım göstərənlərə təşəkkür edib. Layihə rəhbərinin verdiyi məlumata görə, filmin çəkilişləri Ağcabədi və Şamaxı rayonlarında və Bakı şəhərində aparılıb.

Vətən “TV Media şirkəti” tərəfindən çəkilən “Bayat elinin ziyalıları” filmi nümayişindən sonra çıxış edən Prezident təqaüdçüsü Zəridə Rüstəmova, əczaçı Əfqan Cəfərov, Müharibə Veteranları Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas, Əməkdar müəllim Qəzənfər Abbasov və başqaları Bayat elinə daxil olan Ağcabədi rayonunun Boyad, Hacılar, Qaraxanlı, Biləğanlı kəndlərində aparılan çəkilişlər zamanı Dədə Qorqud yurdu hesab edilən qədim yaşayış yerlərinin tarixinə güzgü tutmaq, onun ziyalılarını tanıtmaq baxımından faydalı iş olduğunu bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.