SİYASƏT
Belarus parlamenti Nümayəndələr Palatasının sədri Azərbaycanda səfərdədir
Bakı, 20 sentyabr, AZƏRTAC
Belarus Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün sentyabrın 20-də ölkəmizə səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Vladimir Andreyçenkonu Milli Məclis sədrinin müavini Valeh Ələsgərov və digər rəsmi şəxslər qarşılayıblar.