REGİONLAR
Bərdədə məktəbli gənclər sağlam həyat tərzi ilə bağlı maarifləndiriliblər
Bərdə, 25 iyun, AZƏRTAC
Bərdə rayon Yeni Əyricə kənd tam orta məktəbində sağlam həyat tərzinin təbliği və zərərli vərdişlərə qarşı mübarizə aparılması məqsədilə məktəbli gənclərlə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bərdə Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən görüşdə çıxış edənlər zərərli vərdişlərin dövlətə, cəmiyyətə və insanların sağlamlığına vurduğu ziyandan danışıb, sağlam həyat tərzi ilə bağlı fikirlərini bölüşüblər. Tədbirdə, həmçinin gənclərə onların bilik və bacarıqlarını artırmaq məqsədilə keçirilən müsabiqələrdə iştirak etmək və sosial şəbəkələrdən düzgün istifadə qaydaları barədə müvafiq tövsiyələr verilib.