DÜNYA
Berlin qısa və orta mənzilli raketlərin ləğvi haqqında müqaviləni qorumağa çalışır
Berlin, 1 noyabr, AZƏRTAC
Almaniyanın müdafiə naziri Ursula fon der Lyayen qısa və orta mənzilli raketlərin ləğvi haqqında müqavilənin qorunması ilə bağlı deyib: “ Biz təəssüf edirik ki, ABŞ qısa və orta mənzilli raketlərin ləğvi haqqında müqavilənin mövcudluğunu sual altına qoyub”.
AZƏRTAC xəbər verir ki, dekabrın 31-də NATO-nun Norveçdə keçirilən “Trident Juncture” təlimlərində iştirak edən Ursula fon der Lyayen əlavə edib ki, bu müqavilə Avropada silahlara nəzarət və təhlükəsizliyin təmin olunması üçün çox mühümdür. Ona görə də AFR-in müdafiə naziri müqavilənin qorunması və ya modifikasiya edilməsi üçün bütün imkanlardan istifadə olunmasının zəruriliyini vurğulayıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [14:51]
Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb
- 10.05.2024 [14:44]
Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər
- 10.05.2024 [14:13]
Ukrayna F-16 qırıcısı üçün ilk uçuş simulyatorunu alıb
- 10.05.2024 [13:26]
Nigeriyada naməlum silahlılar tələbələri girov götürüblər
- 10.05.2024 [12:55]