İDMAN
Beynəlxalq Avtomobil Federasiyasında Bakı Şəhər Halqasında DRS zonalarının yeri təsdiqlənib
Bakı, 8 iyun, AZƏRTAC
Beynəlxalq Avtomobil Federasiyasında (FIA) Bakı Şəhər Halqasında DRS (Drag Reduction System – ön müqavimətin azaldılması sistemi) zonalarının yeri təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, əvvəllər olduğu kimi, yenə də pilotlar əgər rəqibdən geriləmə bir saniyəni ötməzsə, aerodinamik qurğunun idarəolunan elementinin vəziyyətini bir dövrədə iki dəfə dəyişə bilərlər.
Birinci DRS zonasından əvvəl maşınlar arasında ölçü nöqtəsinin intervalı təhlükəsizlik avtomobilinin ikinci xətti ilə üst-üstə düşür, sistemdən isə ikinci döngədən 54 metr keçdikdən sonra istifadə etmək mümkündür.
İkinci DRS zonasının ölçü nöqtəsi 20-ci döngənin apeksində, yəni ən sərt hissəsində yerləşir, sistemi 347 metrdən sonra aktivləşdirmək olar.
Qeyd edək ki, Azərbaycan Qran-Prisi iyunun 10-dan 12-dək Bakıda təşkil olunacaq.