CƏMİYYƏT
Beynəlxalq Biomüxtəliflik Günü münasibətilə Şirvan Milli Parkı ziyarətçilərini xüsusi proqramla qarşılayacaq
Bakı, 21 may, AZƏRTAC
Mayın 22-də Şirvan Milli Parkında iştirakçıların ətraf mühit barədə məlumatlılığını artırmaq üçün Beynəlxalq Biomüxtəliflik Gününə həsr edilmiş açıq hava şəraitində təlim, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin regional şöbəsinin təşkilatçılığı ilə uşaqların əl işlərindən ibarət sərgi və digər maraqlı tədbirlər həyata keçiriləcək.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, eyni zamanda, azyaşlı turistlər üçün milli parkda intellektual oyunlar da nəzərdə tutulub. Ziyarətçilər safari tipli nəqliyyat vasitələrində turizm marşrutları boyunca təbiətimizin həssas növlərindən olan ceyranları görmək şansına malik olacaqlar.
Nazirlik vaxtınızı səmərəli və təbiət qoynunda keçirmək istəyənləri mayın 22-də Şirvan Milli parkında gözləyir.