MƏDƏNİYYƏT


Beynəlxalq Boğaziçi film festivalına oktyabrın 21-də start veriləcək

Bakı, 28 iyul, AZƏRTAC

Beynəlxalq Boğaziçi Kino Dərnəyi və İstanbul Media Akademiyası tərəfindən təşkil olunan və bu il 10 yaşını qeyd edən Beynəlxalq Boğaziçi Film Festivalına oktyabrın 21-də start veriləcək.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, festival oktyabrın 21-dan oktyabrın 28-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Festivalda baş mükafat olaraq “Ən yaxşı film”ə layiq görülən “Qızıl delfin” ilə yanaşı, “Ən yaxşı rejissor”, “Ən yaxşı ssenari”, “Ən yaxşı aktrisa”, “Ən yaxşı aktyor”, “Ən yaxşı operator işi” və “Ən yaxşı montaj” nominasiyaları üzrə mükafatlar təqdim ediləcək.

Müsabiqəyə sənəd qəbulu üçün son tarix sentyabrın 23-ü müəyyən edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.