ELM VƏ TƏHSİL


Beynəlxalq qiymətləndirmə tədqiqatı üçün 254 sinif seçilib

Bakı, 28 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İnstitutu pandemiya dövrünün qaydalarına uyğun olaraq PIRLS 2021 beynəlxalq qiymətləndirmə tədqiqatının həyata keçirilməsinə başlayıb.

Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, bütün ölkəni əhatə edəcək qiymətləndirmədə müxtəlif regionlar üzrə 200 məktəbdən 7 min şagirdin iştirakı nəzərdə tutulur. Qiymətləndirmə tədqiqatı üçün seçilmiş 254 sinifdən 120-si regionların payına düşür. Bu siniflərdən 201-i Azərbaycan, 53-ü isə rus bölməsi üzrədir.

Qeyd edək ki, PIRLS (Progress in International Reading Literacy Study - Oxu Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Tədqiqat) IV sinif şagirdlərinin oxuyub-anlama bacarığını qiymətləndirmək məqsədilə Beynəlxalq Qiymətləndirmə Assosiasiyası tərəfindən 5 ildən bir təşkil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.