Biləsuvarda 13 min hektardan çox sahədə yazlıq bitkilər əkilib
AzerTAg.az
Biləsuvar, 20 iyun, Mahir Babayev, AZƏRTAC
Biləsuvarda cari təsərrüfat ilinin məhsulu üçün yazlıq bitkilər əkini başa çatıb.
Rayonun statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, əkinə vaxtında başlayan məhsul istehsalçıları indiyədək 13 min 360 hektar sahədə yazlıq bitki əkini aparıblar. Səpin aparılan sahələrin 44,6 hektarını dənli-paxlalı bitkilər, 377 hektarını təzə yonca, 90,2 hektarını kartof, 1284,2 hektarını tərəvəz, 112 hektarını günəbaxan, 266 hektarını şəkər çuğunduru, 68,5 hektarını bostan bitkiləri, 855 hektarını dən üçün qarğıdalı, 220 hektarını isə çəltik bitkisi təşkil edir. Əkinçilər, həmçinin istehsal müəssisələri ilə müqavilə bağlayaraq 10 min 41,4 hektar sahəyə çiyid də səpiblər.

Xəbərin mətnində orfoqrafik səhv var