CƏMİYYƏT
Binəqədi rayonunda “Sakinlərin Müraciət Xidməti– 1646″-nın yaranmasının 5 ili tamam olur
Bakı, 6 fevral, AZƏRTAC
2013-cü ilin fevralında Binəqədi Rayon İcra Hakimiyyətində yaradılmış “Sakinlərin Müraciət Xidməti-1646″ istifadəyə verilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, onun yaradılmasında məqsəd vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanı formalaşdırmaq, göstərilən xidmət səviyyəsini yüksəltmək, dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəvidə inkişafına xidmət etmək, bununla da dövlət orqanı ilə cəmiyyət arasında əlaqəni gücləndirməkdən ibarətdir.
Bu illər ərzində Sakinlərin Müraciət Xidmətində 165 min 970 telefon zənginə cavab verilib, 130 min 843 zəng birbaşa cavablandırılıb, 35 min 55 ədəd icraat vərəqələri tərtib edilib. Müraciətlərin 13 min 494-ü su-kanalizasiya, 9967-si qaz, 3191-i lift, 3067-i istilik, 1378-i elektrik, 2221-i çoxmənzilli yaşayış binalarının mənzil fondu, 898-i bələdiyyələrin fəaliyyəti, 365-i yaşıllaşdırma, 357-i küçə və prospektlərin işıqlandırılması ilə, 64-ü rabitə, 53- ü sakinləri narahat edən digər məsələlərlə əlaqədar olub.