CƏMİYYƏT


Binəqədi rayonunda qadının qızıl boyunbağısını soyğunçuluq edərək alan şəxs saxlanılıb VİDEO

Bakı, 9 sentyabr, AZƏRTAC

Paytaxtın Binəqədi rayonunda qadına qarşı soyğunçuluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə müraciət edən paytaxt sakini olan zərərçəkən Azadlıq prospektində yerləşən marketlərdən birinin yaxınlığından keçən zaman tanımadığı şəxsin ona yaxınlaşdığını və boynundan 700 manat dəyərindəki qızıl boyunbağını dartaraq hadisə yerindən uzaqlaşdığını bildirib. Şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elvin Cabbarov saxlanılaraq istintaqa təqdim edilib. O, ifadəsində törətdiyi hadisəni etiraf edib və boyunbağını satdığını bildirib.

Qeyd edək ki, saxlanılan şəxsin törətdiyi soyğunçuluq hadisəsi və sonradan ərazidən yayınması müşahidə kameraları vasitəsilə də lentə alınıb.

Faktla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Elvin Cabbarovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa 4-cü Polis Şöbəsinə, “102” Xidməti-Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.