İQTİSADİYYAT
Birinci rübdə TRACECA-nın Azərbaycan hissəsində 10,1 milyon ton yük daşınıb
Bakı, 8 may, AZƏRTAC
Cari ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 10 milyon 176,2 min ton, yük dövriyyəsi isə 2 milyard 405,2 milyon ton/kilometr olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 18,8 faiz və 8,7 faiz azalma müşahidə edilib. Yüklərin 5 milyon 636 min tonu və ya 55,4 faizi avtomobil nəqliyyatı, 3 milyon 349,4 min tonu və ya 32,9 faizi dəmir yolu nəqliyyatı, 1 milyon 190,8 min tonu və ya 11,7 faizi dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 23,5 faizini və ya 2 milyon 393,9 min tonunu tranzit yüklər təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]