DÜNYA


Birləşmiş Ştatların neft hasilatı artır

Bakı, 30 iyul, AZƏRTAC

ABŞ-ın sutkalıq xam neft istehsalı 11,1 milyon barrel səviyyəsindədir.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft hasilatı 87 min barrel artaraq sutkada orta hesabla 11,1 milyon barrel olub.

Bu il fevralın 22-28-ni əhatə edən həftədə isə ABŞ-ın neft hasilatı gündəlik orta hesabla 13,1 milyon barrelə çataraq rekord səviyyəyə yüksəlmişdi.

Keçən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 794 min barrel azalaraq sutkada 5,14 milyon barrel, neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 218 min barrel artaraq gündəlik 3,21 milyon barrel təşkil edib.

EIA-nın proqnozuna görə, ABŞ-ın neft hasilatının cari ildə sutkalıq orta hesabla 11,6 milyon barrel olacağı gözlənilir.

Qeyd edək ki, ABŞ 2018-ci ilin noyabrında Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoyaraq dünyanın ən böyük neft istehsalçısı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.