İDMAN
Boksçumuz Rüfət Hüseynov yeniyetmələrin Olimpiya Oyunlarının çempionudur VİDEO
Nancinq, 27 avqust (AZƏRTAC). Boksçumuz Rüfət Hüseynov Çinin Nancinq şəhərində keçirilən yeniyetmələrin 2-ci Yay Olimpiya Oyunlarının çempionu olub.
R.Hüseynov (49kq) avqustun 27-də keçirilmiş final görüşündə özbəkistanlı Süleymon Latipovu 3:0 hesabı ilə məğlub edərək qızıl medal qazanıb. Rüfət çempionluq yolunda ilk görüşdə hindistanlı Kumar Şyam Kakaranı (2:1), yarımfinalda isə qazaxıstanlı Şalkar Ayxınbayı (2:1) məğlub etmişdi.
Bununla da Azərbaycan idmançılarının yeniyetmələrin 2-ci Yay Olimpiya Oyunlarında qazandıqları medalların sayı 10-a çatıb. İdmançılarımız 3 qızıl, 6 gümüş və 1 bürünc medal qazanıblar.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Nancinq