DÜNYA


Böyük Britaniyada avtomobil istehsalı rekord səviyyədə azalıb

London, 29 noyabr, AZƏRTAC

Böyük Britaniyada avtomobil istehsalı rekord səviyyədə azalıb.

AZƏRTAC xəbər verir ki, Britaniya Motorlu Nəqliyyat vasitələri İstehsalçıları və Satıcıları Assosiasiyasının açıqladığı məlumata əsasən, ölkədə avtomobil istehsalı ötən ilin oktyabr ayı ilə müqayisədə rekord səviyyədə azalıb.

Qlobal yarımkeçirici böhranının artmaqda davam etməsi və bəzi fabriklərin bir müddət bağlı qalmasından sonra, oktyabr ayında istehsalın illik 41,4 faizə çatdığı açıqlanıb. Bu 1956-cı ildən bəri ən aşağı səviyyədir.

Belə ki, bu ilin oktyabrında istehsal olunan avtomobillərin ümumi sayı 64 min 729 ədəd olub.

Oktyabr ayında baş verən bu kəskin azalma qlobal təchizat sahəsində davam edən problemin və ölkənin əsas istehsalçılarından biri olan “Honda”nın ötən iyul ayında öz fabrikində istehsalı dayandırmasının təsviri kimi qiymətləndirilib.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.