CƏMİYYƏT
Böyük və Kiçik Qafqaz bölgəsinə istirahətə gedənlər çətir götürməyi unutmasınlar...
Bakı, 14 sentyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində-sentyabrın 15-16-da səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.
Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində sentyabrın 15-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilsə də, sentyabrın 16-da gecə və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Havanın maksimal temperaturu dağətəyi rayonlarda 27-32°, dağlıq rayonlarda isə 19-24° isti olacaq.
Lənkəran-Astara bölgəsində gündüz saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimal edilir. Havanın maksimal temperaturunun 28-33°, dağlıq rayonlarda 20-25° isti olacağı bildirilir.
Aran rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturunun 30-35° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında da hava əsasən yağmursuz olacaq. Havanın maksimal temperaturunun 31-36° isti olacağı ehtimalı var.
Paytaxtda hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi sentyabrın 16-da mülayim şimal küləyi ilə əvəzlənəcək. Havanın maksimal temperaturunun 27-32° isti olacağı proqnozlaşdırılır.