İDMAN


Bruno Fernandes “Mançester Yunayted”də mövsümün futbolçusu seçilib

Bakı, 19 may, AZƏRTAC

İngiltərənin "Mançester Yunayted" futbol klubunda 2020-2021-ci il mövsümünün ən yaxşı futbolçusu açıqlanıb.

AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən Bruno Fernandes birinci olub.

Portuqaliyalı yarımmüdafiəçi səslərin 63 faizini toplayıb. Luk Şou 2-ci, Edinson Kavani 3-cü olub.

Qeyd edək ki, Bruno Fernandes ötən mövsümdə də bu ada layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.