MƏDƏNİYYƏT


Brüqqe Aİ məkanında turistlərin elektrik kateri ilə daşındığı ilk şəhər olacaq

Brüssel, 16 yanvar, AZƏRTAC

Çərşənbə günü Belçikanın Brüqqe şəhərində Aİ məkanında ilk dəfə olaraq turistlər üçün elektrik kateri fəaliyyətə başlayıb.

AZƏRTAC xəbər verir ki, uzunluğu 9 metr, eni 2 metrdən çox olan gəmi şəhər kanalına kran vasitəsilə buraxılıb.

Elektrik katerinin ətraf mühitə buraxdığı karbon qazı sıfır səviyyəsindədir. Bu halda dizel yanacağı ilə işləyən katerlərlə müqayisədə xoşagəlməz qoxu və səs-küy yox dərəcəsindədir. Katerin yaratdığı dalğalar daha zəif olduğuna görə onun sahilyanı divarlara ziyanı da minimum dərəcədədir.

Yeri gəlmişkən, bu katerin qiyməti də bahadır. O, dizel yanacağı ilə işləyən “həmkarı” ilə müqayisədə iki dəfə baha başa gəlir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.