İDMAN


Bu gün UEFA Çempionlar Liqasında ilk finalçının adı müəyyənləşəcək

Bakı, 4 may, Nicat Məmmədov, AZƏRTAC

Mayın 4-də futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.

AZƏRTAC xəbər verir ki, turnirin ilk finalçısı İngiltərədə bəlli olacaq. “Mançester Siti” Fransada 2:1 hesabı ilə məğlub etdiyi “Paris Sen-Jermen” ilə münasibətlərinə aydınlıq gətirəcək.

Niderlandlı Byörn Kuypersin idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. “Şəhərlilər”i mərhələ adlamaq üçün qələbədən savayı, istənilən heç-heçə, hətta 0:1 hesablı məğlubiyyət də qane edəcək.

Cavab görüşü öncəsi meydan sahiblərində Joao Kanselo, qonaqlarda isə Kilyan Mbappe ilə Kolin Daqbanın meydana çıxması sual altındadır. Həmçinin Paris təmsilçisinin heyətində ilk matçda qırmızı vərəqə görən yarımmüdafiəçi İdrissa Geye oyunu buraxacaq.

Mərhələnin digər oyunu mayın 5-də “Çelsi” ilə “Real Madrid” klubları arasında oynanılacaq. Bu komandaların Madriddə keçirilən görüşü heç-heçə başa çatıb – 1:1.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.