Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Bu il “Azərtütün” ASC tərəfindən şimal-qərb rayonlarında 587 hektar sahədə tütün əkilib

Zaqatala, 4 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Prezident İlham Əliyevin regionların mövcud iqtisadi potensialından səmərəli istifadə edilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, son illərdə şimal-qərb bölgəsində yerləşən rayonlarda digər ənənəvi sahələr kimi, tütünçülüyün inkişaf etdirilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilməkdədir. Tütünçülüyün inkişafına dövlət tərəfindən diqqətin artırılması, subsidiyaların ayrılması, güzəştli kreditlərin verilməsi torpaq mülkiyyətçilərinin bu gəlirli sahəyə marağını artırıb.

Respublikamızda tütünçülüyün inkişafına öz töhfəsini verən “Azərtütün” Açıq Səhmdar Cəmiyyəti tərəfindən builki mövsümdə şimal-qərb bölgəsinə daxil olan Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında 587 hektar sahədə “Virciniya” növlü tütün əkilib. Hazırda ASC-yə məxsus sahələrdə yaşıl tütün yarpağının dərimi davam edir. İndiyədək “Azərtütün” ASC-nin Zaqatala, Qax və Şəki rayonlarında fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə fermerlərdən 1290 tonadək yaşıl tütün kütləsi daxil olub.

AZƏRTAC-ın bölgə müxbiri “Azərtütün” ASC-nin direktoru Tufan Kan ilə şirkətin Zaqataladakı tütün istehsalı və emalı məntəqəsində görüşüb, mövsümə hazırlıq, fermerlərlə müqavilələrin bağlanılması, tütün sahələrinə göstərilən aqrotexniki qulluq işləri, tütün yığımının vəziyyəti və görüləcək işlərlə maraqlanıb.

Direktor bildirib ki, builki mövsümdə tütün əkini ilə əlaqədar Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında ümumilikdə 84 fermerlə müqavilə bağlanılıb. Şirkətin mütəxəssisləri əvvəlcə fermerlərin tütün əkmək istədikləri sahələrlə tanış olub, torpaqdan analiz nümunələri götürüb, təhlillər aparıb, tütün əkininə yararlı olan torpaq sahələrini müəyyənləşdiriblər. Yararsız torpaq sahələrində tütün əkilməsi fermerlərə məsləhət görülməyib.

“Biz bütün bu işlərə keçən ilin sonunda başladıq ki, sahələri gecikdirmədən yeni mövsümə hazır vəziyyətə gətirə bilək. “PAŞA Bank” vasitəsilə fermerləri çox aşağı faizlə kreditlə təmin etdik. Fermerlərin 250-dək əkin sahəsinin torpaq analizlərinin bütün maliyyə xərclərini şirkət olaraq biz həll etdik. Fermerlər torpaq analizlərinə görə heç bir xərc çəkmədilər. Analizlərin nəticələrinə görə, sahələrə veriləcək gübrələri müəyyənləşdirdik. Məlum oldu ki, indiyədək fermerlər əsasən azot gübrəsindən istifadə ediblər. Biz isə əksinə, azot gübrəsindən istifadəni azaltdıq, amofosfat və kalium gübrələrinə üstünlük verdik. Nəticədə indi tütünün gövdələri daha sağlam, yarpaqları iri və suludur”, - deyə Tufan Kan qeyd edib.

ASC-nin direktoru diqqətə çatdırıb ki, builki mövsümdə sınaq məqsədilə Fransadan iki yeni tütün sortu gətirilərək sahələrə əkilib. Hazırda sahələrdə yetişdirilən “Virciniya” tütün növünün 70 faizi ABŞ, 30 faizi isə Fransadan gətirilən sortlardır. Yeni tütün sortları yerli iqlimə uyğundur. Nəticələr müsbətdir. Gələcəkdə də yeni, məhsuldar tütün sortlarının gətirilməsi nəzərdə tutulur.

Tufan Kanın sözlərinə görə, şirkətin aqronomları daim fermerlərin yanında olur, məsləhətlərini verirlər. İndiyədək hər fermer ən azı 7 təlimdə iştirak edib. Fermerlər indiyədək heç bir vəsait xərcləməyiblər. Xərclər məhsul satılan zaman fermerlərin gəlirlərindən çıxılacaq. Fermerlər əvvəlcə tədricən banka olan borcunu, daha sonra isə şirkət borclarını ödəyəcəklər.

“Azərtütün” ASC-nin direktoru deyib ki, bu il şirkət tərəfindən yaş tütünün tədarük qiymətləri xeyli artırılıb. Belə ki, 3-cü sort tütünün satış qiyməti 1 kiloqram üçün 10 qəpikdən 18 qəpiyə, 2-ci sort üçün 18 qəpikdən 25 qəpiyə, 1-ci sort üçün isə 27 qəpikdən 30 qəpiyə qaldırılıb.

Tütünün tədarük qiymətinin artırılması fermerlərin də ürəyincədir. Zaqataladakı tütün istehsalı və emalı məntəqəsinə yaş tütün təhvil verən, rayonun Gözbarax kəndindən olan fermer Səlim Rəfiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, cari ildə 9 hektarda tütün əkib. “Beş ildir ki, tütünçülüklə məşğul oluram. Şirkət biz fermerlərə hər daim dəstək olur. Məntəqədə yaradılan şəraitdən razıyıq. İlk günlər məntəqəyə 15 ton yaş tütün təhvil vermişəm. Bu il sahəmdə bol məhsul yetişib. Tütünün tədarük qiymətinin artırılması ailə büdcəmizə də yaxşı təsir göstərəcək, kənd adamlarının bu sahəyə marağını artıracaq”, - deyə fermer qeyd edib.

Məntəqənin müdiri Mohuma Huşənovun məlumatına görə, fermerlər indiyədək emal məntəqəsinə 300 tondan çox yaş tütün təhvil veriblər. Hazırda məntəqədə olan 56 tütünqurutma kamerasından 50-nə qurudulmaq üçün yaş tütün qoyulub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İmtahanda ən yüksək nəticəni Laçın rayonundan olan şagird göstərib

Rumıniyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Qahirə Hüseynova: insanlarda Ulu Öndərin onları çətinliklərdən xilas edəcəyinə inam vardı

Latviyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə dəyirmi masa keçirilib

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “FEST101” festivalı keçirilib

Prezident İlham Əliyev Laçında kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib YENİLƏNİB

Rustavidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb YENİLƏNİB

Azərbaycan Basketbol Liqası: "Sabah" "Xırdalan"a qalib gələrək finala yüksəlib

Xətai rayonunda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konsert keçirilib

İraqda Ulu Öndərin xatirəsi anılıb

Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş  YENİLƏNİB-2 VİDEO

Gürcüstanın azərbaycandilli məktəblərində “Ulu Öndərin Ömür Yolu” adlı inşa müsabiqəsi keçirilib

YAP-ın təşkilatçılığı ilə “Heydər Əliyev irsi: milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” mövzusunda tədbir keçirilib

Ümummilli Liderin anadan olmasının ildönümü ilə əlaqədar Serbiyada tədbir təşkil edilib

Londonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

COP29-un prezidenti Pakistanda COMSATS-in baş qərargahında olub

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlim keçiriləcək

Pakistanın Baş naziri COP29-a dəvət olunub VİDEO

Premyer Liqa: "Neftçi" doğma meydanda "Kəpəz"i darmadağın edib

Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub YENİLƏNİB

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə SOCAR-da tədbir keçirilib

Prezident İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNİB

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq  YENİLƏNİB

UNESCO-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB

Ordu quruculuğu sahəsində Ulu Öndərin siyasi xəttini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir

Azərbaycanda “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyasına start verilib

Naxçıvanda əlilliyi müəyyən olunmuş 12 şəxsə avtomobil təqdim edilib

Gənc prokurorluq əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib

AZƏRTAC-ın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb VİDEO

Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Nyu-Yorkda şahmat turniri keçirilib

Din xadimləri Ulu Öndərin xatirəsini yad ediblər

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın işıqlı sabahının təməlini qoyub

Türk Dövlətləri Təşkilatında təcrübə proqramı həyata keçirilir

DTX-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Ulu Öndər Heydər Əliyevin arzuladığı ucalığa yüksəlib

Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 344 min xidmət göstərilib

MEK-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilən dəyirmi masa

Vitali Jakot: Heydər Əliyev Azərbaycan-Moldova münasibətlərinin banisi və memarıdır

Minskdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uruqvay mətbuatı Azərbaycan xalqının Ümummilli Liderindən yazıb

ADU-da “Azərbaycan-Çin” kitabı təqdim edilib

Respublika Elmi-Texniki Kitabxanasında Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbir keçirilib

MBBİ-nin magistraturasının məzunu Oksford Universitetində dissertasiya müdafiə edib

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin qalib layihələrinin müəllifləri ilə görüş olub

AQTA rəhbərliyi Ulu Öndərin xatirəsini anıb

Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Batumidə də qeyd edilib

Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq

Sosial-İqtisadi Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Ümummilli Liderin doğum günündə Naxçıvanda aztəminatlı ailələrə sovqatlar təqdim olunub

Naxçıvanda istehlakçılara 1,3 milyon manat ƏDV geri qaytarılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNİB

Bıçaqla xəsarət yetirilən Bərdə sakininin vəziyyəti ağır-stabildir

Kür çayının daşması Qazaxda bir sıra fəsadlar yaradıb

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Tərtərlilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Şamaxıda da qeyd edilib

Rusiya Dövlət Duması hökumət sədri postuna Mixail Mişustinin namizədliyini təsdiqləyib

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü ilə bağlı “Sehrli Ordubad” fotosərgisi açılıb

NAYORA Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNİB

ASAN könüllüləri Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar

“AzerGold” və törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Astarada yeni inşa olunan körpü istifadəyə verilib VİDEO

Medianın İnkişafı Agentliyində Ulu Öndərin anadan olmasının 101 illiyi ilə əlaqədar tədbir keçirilib, Ümummilli Liderin məzarı ziyarət edilib

Naxçıvanda “Heydər Əliyev və Naxçıvan” mövzusunda konfrans keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

İqtisadiyyat Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

® “PAŞA Holding”in törəmə şirkətlərindən olan “Agro Dairy”nin növbəti kənd təsərrüfatı təlimləri keçirilib

Qırğızıstanda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Budapeştdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb VİDEO

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb

Daşkənddə Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib VİDEO

BŞTİ-nin sektor müdiri: Müsahibədə uğur qazana bilməyən şəxs apellyasiyaya müraciət edə bilər

Kubalı deputat: Kuba-Azərbaycan əlaqələrinin təməli Heydər Əliyev tərəfindən qoyulub

İmişli sakinləri Ümummilli Liderin xatirəsini ehtiramla anıblar

Yekaterinburqda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir

BDU boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir

Pan-Afrika İqlim Ədaləti Alyansı Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyini yüksək qiymətləndirib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşəcək

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Polşada qeyd edilib

® “AccessBank” Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib

Birinci sinfə qəbulda tədrisi digər dillərdə aparılan bölmələr üzrə təkrar müsahibədə kimlər iştirak edə bilər?

Prezident İlham Əliyev: Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq

Azərbaycan gimnastı: Yarışda ən böyük rəqibim özüm idim

Prezident İlham Əliyev: Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik

Prezidentdən xəbərdarlıq: Ermənistana verilən silahların kritik həddə çatmasını görsək, heç kim bizdən inciməsin

Prezident: Qazaxın işğal edilmiş torpaqlarının qaytarılması, delimitasiya, demarkasiyanın şərtlərimiz əsasında aparılması növbəti zəfərimizdir VİDEO

Botanika İnstitutunda konfrans: Dünyamızı yaşıllaşdıraq

Azərbaycan Prezidenti: Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır VİDEO

Ümummilli Liderin 101 illiyi Həştərxanda qeyd edilib

İdmanda böyük inkişaf Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

Prezident İlham Əliyev: İlin sonuna qədər azı 20 yaşayış məntəqəsində həyat bərpa ediləcək