REGİONLAR
Bu il Balakəndə 11889 hektar sahədə yazlıq bitkilər əkilib
Balakən, 8 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayonunun təsərrüfatlarında yazlıq bitkilərin əkini başa çatıb. Torpaq mülkiyyətçiləri bu il 11 min 889 hektar sahədə yazlıq əkin həyata keçiriblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, məhsul istehsalçıları bu il 7577 hektar sahədə dən üçün qarğıdalı, 2008 hektarda tərəvəz, 615 hektarda kartof, 353 hektarda bostan bitkiləri, 173 hektarda lobya əkib, 921 hektara çoxillik yonca səpiblər. Bundan əlavə, cari mövsümdə rayonda 242 hektar sahədə tütün əkilib.
Qurumdan verilən məlumata görə, hazırda təsərrüfatlarda kartof və tərəvəz yığımı davam edir. İndiyədək tərəvəz əkilmiş sahələrin 732,8 hektarının məhsulu yığılıb, 11 min 448 ton tərəvəz istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1169 ton çoxdur. Eyni zamanda, torpaq mülkiyyətçiləri indiyədək yığım aparılmış 128 hektar kartof sahəsindən 1237 ton məhsul götürüblər. Hər hektardan orta məhsuldarlıq 96,6 sentner təşkil edir.