MƏDƏNİYYƏT


Bu il İçərişəhərdə turizm və yaşayış infrastrukturunun davamlı inkişafı qarşıya məqsəd qoyulub

Bakı, 9 yanvar, AZƏRTAC

Ötən il İçərişəhər ərazisində yerləşən çoxsaylı tarixi abidələrin qorunub saxlanılması, bərpası və təbliği üçün genişmiqyaslı işlər həyata keçirilib, beynəlxalq səviyyəli turizm məkanının yaradılması istiqamətində əsaslı işlər görülüb.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün mövcud potensialdan səmərəli istifadə etməklə beynəlxalq standartlara cavab verən turizm infrastrukturunun inkişaf etdirilməsi, tarixi irsimizə uyğun şəkildə təmir-bərpa və abadlaşdırma işlərinin davam etdirilməsi istiqamətində fəaliyyətini daha da təkmilləşdirib.

İdarədən AZƏRTAC-a bildirilib ki, qurum ənənəyə sadiq qalaraq bu il də bərpa-restavrasiya işlərinin müvəffəqiyyətlə başa çatdırılması, qoruqlar ərazisində yaşayanlar, çalışanlar və onları ziyarət edənlər üçün bütün lazımi şəraitin yaradılması, habelə İçərişəhərdə turizm və yaşayış infrastrukturunun davamlı inkişafını qarşıya məqsəd qoyub.

Hamı tərəfindən sevilən və hər il olduqca böyük maraq doğuran Novruz festivalı, Qız qalası festivalı və digər ənənəvi tədbirlərin İçərişəhərdə yenidən - daha da maraqlı tərzdə həyata keçirilməsi nəzərdə tutulur.

Bununla yanaşı, 2019-cu ildə İçərişəhərdə yerləşən muzeylərdə daimi olaraq ekspozisiyaların zənginləşdirilməsi, bununla əlaqədar müxtəlif xarici qurumlarla işlərin davam etdirilməsi, əlaqələrin dərinləşdirilməsi və təcrübə mübadiləsinin aparılması idarənin bir nömrəli prioritetləri sırasındadır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.