DÜNYA


Budapeşt Moskva və Kiyev arasında danışıqlar üçün platforma olmağa hazırdır

Budapeşt Moskva və Kiyev arasında danışıqlar üçün platforma olmağa hazırdır

Budapeşt, 25 may, AZƏRTAC

Budapeşt Moskva və Kiyev arasında danışıqlar üçün platforma olmağa hazırdır.

AZƏRTAC xəbər verir ki, Macarıstan XİN-in başçısı Peter Siyyarto “Avropa İttifaqı – Mərkəzi Asiya” forumunda çıxışında deyib: “Bu müharibənin lap başlanğıcında mən hər iki tərəfə xəbər vermişdim ki, mənim ölkəm sülh danışıqları üçün yer təqdim etməyə hər vaxt hazırdır. Bu təklif hələ də qüvvədədir. Rusiya və Ukrayna nə vaxt hazır olduqlarını bildirsələr, biz bundan ötəri zəruri şərait yaratmağa hazırıq”.

Siyyarto ölkəsinin münaqişənin tezliklə bitməsində maraqlı olduğunu vurğulayıb. “Budapeşt sülh nizamlanması yolu ilə insan talelərini qorumaqda maraqlıdır. Macarıstan Ukrayna ilə həmsərhəd olan ölkədir və bu münaqişə ona baha başa gəlir”, - deyə o qeyd edib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.